​Trampdan "Tiktok"la bağlı yeni qərar

"Tiktokun alınması ilə bağlı bir neçə nəfərlə danışıqlar aparırıq və çox güman ki, populyar tətbiqin gələcəyi ilə bağlı yaxın 30 gün ərzində qərar verəcəyik".

Metbuat.az axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridaya uçuş zamanı prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

“Mən Tiktok haqqında bir çox insanla danışmışam və Tiktoka böyük maraq var”, - Tramp bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı