Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir - Hikmət Hacıyev

Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir.

Metbuat.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.

O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

“Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, - deyə H.Hacıyev vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı