Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
10:13
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "X" hesabında məlumat yayıb.
Görüş Antalya Diplomatik Formu çərçivəsində baş tutub.