Qida Təhlükəsizliyi Agentliyinin sədr müavinləri hər həftənin çərşənbə, cümə axşamı və cümə günləri Agentliyin inzibati binasında sahibkarları qəbul edəcəklər.

Bu barədə Metbuat.az-a AQTA-dan məlmat verilib.

Bildirilir ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət, qeydiyyat, idxal-ixrac məsələləri ilə bağlı qəbula yazıla bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtuna müraciət edə və ya +994 70 405 01 85 nömrəsinə zəng edə, həmçinin vatsap üzərindən əlaqə saxlaya bilərlər.

№

Sədr müavinləri

Mövzu

Həftənin günləri

Saat

Balarəhim Quliyev

Heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət məsələləri

Çərşənbə

16:00-18:00

Zəkiyyə Mustafayeva

Qeydiyyat məsələləri

Cümə axşamı

16:00-18:00

Əziz Şərifov

İdxal və ixraca nəzarət məsələləri

Cümə

16:00-18:00