Sentyabr ayında bəzi bürclərin karyera həyatında mühüm dəyişikliklər baş verə bilər.

Metbuat.az xəbər verir ki, astroloji proqnozlara görə, xüsusilə Qoç, Əkizlər, Şir, Tərəzi və Oğlaq bürcləri üçün yeni iş imkanları və maraqlı təkliflər gündəmə gələ bilər.

Bu bürclərdən olan şəxslər sentyabrda uzun müddətdir gözlədikləri iş xəbərini ala, daha yaxşı maaş və vəzifə imkanı ilə qarşılaşa bilərlər. Bəzi hallarda isə gözlənilməz bir tanışlıq və ya əlaqə yeni karyera qapılarının açılmasına səbəb ola bilər.

Ulduzların təsiri altında bu dövrdə iş axtaranların qarşılarına çıxan fürsətləri diqqətlə dəyərləndirmələri tövsiyə olunur.