Astroloqların proqnozlarına görə, avqustun son günlərində Tərəzi, Xərçəng və Oğlaq bürcləri maliyyə baxımından şanslı dövr yaşayacaq.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Tərəzi üçün yeni iş və gəlir imkanlarının yaranacağı, maaş artımı və ya sərfəli təklif alınacağı bildirilir. Yeni tanışlıqların da maliyyə baxımından faydalı ola biləcəyi vurğulanır.

Xərçəng bürcünü isə gözlənilməz gəlirlər gözləyə bilər. Astroloqlar bunu əlavə qazanc, iş təklifi və ya digər maliyyə fürsətləri ilə əlaqələndirirlər.

Oğlaq üçün əsas dəyişiklik gəlir mənbələrinin artması olacaq. Yeni layihəyə başlamaq, iş yerini dəyişmək və ya daha gəlirli sahəyə keçmək üçün əlverişli dövr olduğu proqnozlaşdırılır.