Londonda həkimlər süni intellektin real vaxt rejimində dəstək verdiyi ilk beyin əməliyyatını uğurla həyata keçiriblər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 48 yaşlı Rhys Hibbertin beynindəki xoşxassəli şiş əməliyyat zamanı uğurla çıxarılıb. Süni intellekt sistemi əməliyyat görüntülərini anlıq analiz edərək həkimlərə vacib damar və sinirlərin yerləşdiyi sahələri göstərib.
Həkimlərin sözlərinə görə, bu texnologiya şişin mümkün qədər böyük hissəsinin təhlükəsiz şəkildə çıxarılmasına kömək edib. Sistem yüzlərlə hipofiz şişi əməliyyatının görüntüləri əsasında öyrədilib.
Əməliyyatdan sonra Hibbert görmə qabiliyyətinin və enerjisinin yaxşılaşdığını bildirib.
Mütəxəssislər isə süni intellektin yalnız köməkçi rol oynadığını, əməliyyat zamanı bütün qərarların həkimlərin nəzarətində olduğunu vurğulayıblar.