"Süni intellekt insanların iş yerlərini tamamilə əvəz etməyəcək, daha çox insanın yerinə yetirməməli olduğu rutin işləri öz üzərinə götürəcək".

Metbuat.az-ın məlumatına görə, bunu İKT üzrə mütəxəssis Elvin Abbasov “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” mövzusunda video-müsahibədə deyib.

Onun sözlərinə görə, insan yaradıcı və təfəkkür tələb edən fəaliyyətlərdə əsas rolunu qoruyacaq:

“Süni intellekt bizim işimizi almır. Biz süni intellektə bir alət kimi baxmalıyıq. O, bizim etməməyimiz gərəkən işləri əvəz edəcək. Məsələn, qanunla tənzimlənmiş işlər niyə insan tərəfindən görülməlidir? Vergi Məcəlləsi, kargüzarlıq qaydaları bəllidir. Orada insanın işləməsi sadəcə vərəqləri sağa-sola çevirib rutin işləri görməkdir. Bunun üçün süni intellekt istifadə edilə bilər”.

Ekspert qeyd edib ki, yaradıcı yanaşma və təfəkkür tələb edən fəaliyyətlər isə insanın üzərində qalacaq.

Ətraflı videoda: