Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Moldova ilə ticarət dövriyyəsinin ümumi həcmi artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2025-ci ilin müvafiq dövrünə nisbətdə 37,5 faiz artaraq 7,5 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Moldova ilə ticarətin payı 0,02 faiz təşkil edib.