İngiltərədə yaşayan “Hugo” adlı at “dünyanın yaşayan ən uzun atı” kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 4 yaşlı atın boyu baytar tərəfindən ölçülüb və 199 santimetr olduğu təsdiqlənib. Bununla da Hugo dünyanın yaşayan ən uzun atı kimi rekorda imza atıb.
Atın sahibi Brett Masters bildirib ki, Hugo hələ böyüməyə davam edir və daha üç il ərzində boyunun uzanacağı gözlənilir. Onun sözlərinə görə, atın sağlamlığına xüsusi diqqət yetirilir.
Hugo mütəmadi olaraq masaj olunur, hər altı aydan bir diş həkiminə aparılır və baytar tərəfindən nəzarətdə saxlanılır. At üçün xüsusi qidalanma proqramı hazırlanıb və ona müxtəlif əlavələr verilir. Sahibinin sözlərinə görə, Hugo “beşulduzlu həyat” yaşayır və ehtiyac duyduğu heç bir şeydən məhrum edilmir.
Qeyd edək ki, Guinness Rekordlar Kitabına düşən ən uzun və ən ağır at 1850-ci ildə İngiltərədə yaşayan “Sampson” olub. Onun boyu 2 metr 19 santimetr təşkil edib.