Azərbaycanda bu il 356 mindən çox məzun ilk dəfə attestat və diplomunu elektron formada əldə edib.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazirin təqdim etdiyi məlumata görə, təhsil haqqında dövlət sənədləri ilk dəfə ölkə üzrə elektron formada təqdim olunub.

Ümumilikdə 356 mindən çox məzuna elektron attestat və diplom verilib. Sənədlər vətəndaşlara “myGov” platforması vasitəsilə təqdim olunur.

Elektron sistem ümumi təhsil müəssisələrinin məzunlarının attestatlarını, eləcə də ali təhsil müəssisələrinin məzunlarının diplomlarını əhatə edir.

Beləliklə, məzunlar təhsil haqqında dövlət sənədlərinə elektron formada “myGov” üzərindən çıxış imkanı əldə ediblər.