"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Metbuat.az xəbər verir ki, mübarizəyə saat 08:15-də start verilib.

Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.