“Mercedes” komandasının italyan pilotu Kimi Antonelli “Formula 1” üzrə dünya çempionatının 22-ci mərhələsi olan Qətər Qran-prisini qazanıb.

Metbuat.az xəbər verir ki, Lusail avtodromunda keçirilən yarışda Antonellinin komanda yoldaşı, britaniyalı Corc Rassel ikinci, “Maklaren”in avstraliyalı pilotu Oskar Piastri isə üçüncü yeri tutub.

Dünya çempionatının sonuncu, 23-cü mərhələsi dekabrın 4-6-da Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.