Noyabrın 30-da Azərbaycanın bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsi 500-1000 metrədək azalacaq.