Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası husilərin mülki əhalini və yaşayış məntəqələrini hədəf almasına cavab olaraq Yəməndə hərbi əməliyyatlara başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Malikinin sözlərinə görə, əməliyyatdan əvvəl mülki şəxslərə təhlükəsizlik məqsədilə Hodeyda şəhərindəki Ras İsa limanını tərk etmələri barədə xəbərdarlıq edilib.
Husilər isə Hodeydəyə hücum olacağı təqdirdə Səudiyyə Ərəbistanının Ciddə, Yanbu, Cazan və Kral Fəhd limanlarına zərbə endirəcəkləri ilə hədələyiblər.