“Maklaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1 üzrə Braziliya Qran-prisində birinci yeri tutub.
Metbuat.az xəbər verir ki, San-Pauluda keçirilən yarışda ikinci yeri “Red Bull”un niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen tutub. Onun komanda yoldaşı, fransalı İsak Həcar isə üçüncü olub.