"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.

Metbuat.az xəbər verir ki, "Dams Lukas Oil" komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

"Trident"dən Laurens Van Hoepen ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.