Sabah Bakının Nizami rayonunun bəzi ərazilərinin suyun verilişində fasilələr olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlı saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.