Batmanın Sason rayonunda keçirilən “Bal, Qoz və Çiyələk Festivalı”nda təbii şəraitdə və insan əli dəymədən istehsal olunan yerli bal hərraca çıxarılıb.

Metbuat.az xəbər verir ki, Sasona məxsus qeydiyyatlı balın 1 kiloqramı hərracda 13 832,12 manata satılıb. Gərgin təkliflərdən sonra məhsulu bir iş adamı alıb.

Satışdan əldə olunan vəsaitin bölgədə bal istehsalı ilə məşğul olan fermerlərə dəstək məqsədilə veriləcəyi bildirilib.

Festivalı təxminən 170 min nəfər ziyarət edib.