Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün maddi imkanlardan daha çox sevgi və səmimi münasibətlər ön plandadır.
Metbuat.az xəbər verir ki, bu bürclər zənginlikdən çox, hisslərini paylaşa biləcəkləri insanlara dəyər verirlər.
Şir bürcü diqqət mərkəzində olmağı və yüksək həyat standartlarını sevsə də, sevgi onun üçün daha böyük əhəmiyyət daşıyır. Bildirilir ki, Şirlər maddi imkanları nə qədər çox olsa da, yanında sevdiyi insan olmadıqda özlərini tam xoşbəxt hiss etmirlər. Onlar münasibətləri naminə çətinliklərə sinə gərməyə və sevdikləri insan üçün fədakarlıq etməyə hazırdırlar.
Əqrəb bürcü isə səthi münasibətlərdənsə, dərin mənəvi bağlılığa üstünlük verir. Məlumata görə, bu bürcün nümayəndələri pulun zamanla itə biləcəyini, lakin həqiqi sevginin əvəzsiz olduğunu düşünürlər. Qarşılıqlı güvən, ehtiras və səmimiyyət Əqrəblər üçün maddi zənginlikdən daha dəyərlidir.