Məişətdə gündəlik istifadə olunan bəzi elektrik cihazları söndürüldükdən sonra belə təhlükə yarada bilər.
Metbuat.az xəbər verir ki, mütəxəssislər xüsusilə elektrik çaydanı, ütü, fen, qızdırıcı və digər istilik yaradan cihazların istifadədən sonra rozetkadan tamamilə çıxarılmasını məsləhət görürlər.
Bildirilib ki, cihaz söndürülmüş vəziyyətdə olsa belə, elektrik şəbəkəsinə qoşulu qalması nasazlıq zamanı qızmaya, qısaqapanmaya və hətta yanğına səbəb ola bilər.
Bu səbəbdən evdən çıxarkən yalnız düyməni söndürmək deyil, ştepseli də rozetkadan ayırmaq daha təhlükəsiz hesab olunur.
Ekspertlər “ağıllı ev” və avtomatik təhlükəsizlik sistemlərinə də tam arxayın olmağı düzgün saymırlar. Çünki texniki nasazlıq belə sistemlərdə də baş verə bilər.