Astroloqların proqnozlarına görə, bəzi bürclər məlumatları və yaşadıqları hadisələri uzun müddət yadda saxlamaları ilə seçilirlər.
Metbuat.az xəbər verir ki, xüsusilə Qız və Əqrəb bürcləri güclü yaddaşları ilə fərqlənirlər.
Qız: Qız bürcləri detallara diqqətləri sayəsində gördükləri və eşitdikləri məlumatları uzun müddət xatırlaya bilirlər. Onlar tarixləri, xırda faktları və müxtəlif detalları asanlıqla yadda saxlayırlar. Keçmişdə gördükləri mənzərəni və ya oxuduqları məlumatı təfərrüatları ilə xatırlamaları ilə seçilirlər.
Əqrəb: Əqrəblər xüsusilə emosional hadisələri və insanların onlara münasibətini uzun müddət unutmurlar. Onların yaddaşında yaşanan hadisənin detalları ilə yanaşı, həmin vaxt keçirdikləri hisslər də qalır. Buna görə də Əqrəblərin kiminsə davranışını və verdiyi vədləri illər sonra belə xatırlaya bildikləri qeyd olunur.