Astroloqların proqnozlarına görə, zəkası, analitik düşüncəsi və hadisələrə fərqli yanaşması ilə seçilən 3 bürc var.

Metbuat.az həmin bürcləri təqdim edir:

Dolça standart düşüncə tərzindən uzaq olması və yeni ideyalar irəli sürməsi ilə seçilir. Onun məntiqli və obyektiv yanaşması qarşısındakı insanın düşüncələrini dəyişməsinə səbəb ola bilər.

Əqrəb hadisələrin görünən tərəfi ilə kifayətlənməyən və detallara diqqət yetirən bürclərdəndir. Onun müşahidə qabiliyyəti və insanları analiz etmək bacarığı qarşı tərəfin niyyətini daha tez anlamasına kömək edir. Buna görə də Əqrəblə zehni mübarizəyə girmək asan deyil.

Əkizlər sürətli düşüncəsi, güclü ünsiyyət qabiliyyəti və məlumatı tez mənimsəməsi ilə fərqlənir. Merkurinin təsiri ilə əlaqələndirilən bu bürc müxtəlif mövzular arasında sürətlə keçid edə və mürəkkəb məlumatları asanlıqla qavraya bilir.