Münasibətlərdə fikir ayrılıqları, mübahisələr və çətin dövrlər yaşana bilər. Bəzi insanlar ilk problemdə münasibətdən uzaqlaşdığı halda, bəziləri sevdiyi insanı itirməmək üçün sona qədər mübarizə aparır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, astroloji yanaşmaya görə, bəzi bürclər münasibətlərdə daha səbirli, qərarlı və mübariz olurlar. Onlar sevdikləri insanla qurduqları münasibətdən asanlıqla vaz keçmir, yaranan problemləri həll etməyə çalışırlar.

Qoç

Qoç bürcü nə istədiyini bilən və məqsədinə çatmaq üçün mübarizə aparan xarakteri ilə seçilir. Bu xüsusiyyət onun sevgi həyatında da özünü göstərir.

Həqiqətən dəyər verdiyi münasibət üçün sona qədər mübarizə apara bilən Qoçlar problemlər qarşısında dərhal geri çəkilmirlər. Sevdikləri insana qarşı sadiq və qoruyucu davranır, yaranan çətinliklərin həlli yollarını axtarırlar.

Buğa

Buğa bürcləri münasibətlərdə səbirli və sabit xarakterləri ilə tanınırlar. Hər kəsi asanlıqla həyatlarına buraxmayan Buğalar kiməsə güvəndikdə uzunmüddətli münasibət qurmağa üstünlük verirlər.

Münasibətdə problem yarandıqda dərhal ayrılmaq qərarı vermirlər. Xüsusilə dəyər verdikləri münasibəti qorumaq üçün böyük səy göstərir, qarşılaşdıqları problemləri həll etməyə çalışırlar.

Oğlaq

Ciddi, məsuliyyətli və qərarlı Oğlaqlar bu xüsusiyyətlərini sevgi münasibətlərində də nümayiş etdirirlər. Verdikləri sözün arxasında durmağa çalışan bu bürc sevdiyi insanı asanlıqla yarı yolda qoymur.

Münasibət çətin mərhələdən keçdikdə Oğlaq təslim olmaq əvəzinə problemin həllinə fokuslanır. Gələcəyinə inandığı münasibət üçün uzun müddət səbir göstərir və onu qorumaq üçün ciddi-cəhdlə çalışır.

Əqrəb

Güclü emosiyaları və dərin bağları ilə seçilən Əqrəblər də sevgidə asanlıqla təslim olmayan bürclər sırasında göstərilir.

Əqrəblər üçün etibar və sədaqət xüsusi əhəmiyyət daşıyır. Onların kiməsə tam güvənməsi zaman alsa da, bu bağ qurulduqdan sonra münasibətə ciddi yanaşırlar. Sevdikləri insana inandıqda problemlər qarşısında dərhal geri addım atmır, münasibəti qorumaq üçün mübarizə aparırlar.