Bu il sentyabrın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il sentyabrın 1-i ilə müqayisədə 0,7 % çox - 1 milyon 776,8 min nəfər olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan 834,2 min nəfəri dövlət sektorunda (2,5 % az), 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda (3,6 % çox) fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,2 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,5 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.