“Apple” şirkəti 7 düymlük sensor ekranla təchiz edilmiş "HomeView" ağıllı ev idarəetmə mərkəzini təqdim edib. Cihazın satışına noyabrın 13-də başlanacaq, qiyməti isə 299 dollar olacaq.

Metbuat.az xəbər verir ki, "HomeView" 12 meqapiksellik kamera, A18 prosessoru və süni intellektlə təchiz edilmiş Siri köməkçisi ilə işləyir. Cihaz istifadəçiləri üz və səs vasitəsilə tanıya bilir.

Şirkət, həmçinin LG Electronics və "Schneider Electric" ilə birgə hazırlanan ağıllı kameralar, videodomofonlar, termostatlar və qapı kilidlərini təqdim edib. Bu məhsulların qiyməti 199–399 dollar arasında dəyişəcək.

Bundan başqa, “Apple” yeni Apple TV 4K və fərqli rənglərdə HomePod mini 2 ağıllı dinamikini də təqdim edib.

Məlumata görə, şirkətin səhmləri çərşənbə axşamı ticarət zamanı 1% bahalaşıb.