İsraildə seçki bülletenlərinin 72,4%-i hesablanıb.

Metbuat.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 54, Eysenkotun liderlik etdiyi blok isə 48 mandat əldə edib.

Mərkəzi Seçki Komissiyasının saat 10:03-ə olan məlumatına görə, ərəb partiyaları ümumilikdə 18 mandat qazanıb. “Ra’am” partiyasının nəticəsini iki mandat yaxşılaşdırdığı bildirilir.

Hazırda bir sıra partiyalar parlamentə düşmək üçün tələb olunan 3,25%-lik baryeri keçə bilməyib. “Reservists” 2,7%, “People of Israel” 1,7%, “Charedi Public” isə 0,2% səs toplayıb.

Qeyd edək ki, səslərin hesablanması davam edir. Hərbçilərin səsləri də daxil olmaqla, ikiqat zərflərdə verilən bülletenlər sonradan hesablanacaq.