Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən uşaq bağçasının qapı və pəncərələri sındırılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisəni törədən Vətən müharibəsinin qazisi Hüseynalı Dünyaməliyev polis tərəfindən saxlanılıb.

Məlumata görə, onun tələbi həyat yoldaşının həmin bağçaya işə götürülməsi olub.

Faktla bağlı araşdırma aparılır.