Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün maddi baxımdan sevindirici dövr başlayır.
Metbuat.az xəbər verir ki, gözlədikləri ödənişlər, köhnə borclar və maliyyə məsələləri yenidən gündəmə gələ bilər. Xüsusilə üç bürcün nümayəndələri vaxtilə əllərindən çıxan və ya gecikən pullarına qovuşa bilərlər.
Buğa
Buğalar üçün keçmiş maliyyə yatırımlarından gəlir əldə etmək və gözlənilən pulları geri almaq fürsəti yarana bilər. Vaxtilə verdikləri borcların qaytarılması və ya daşınmaz əmlakla bağlı məsələlərin həlli gündəmə gələ bilər. Uzun müddətdir gözlədikləri maddi rahatlığa qovuşmaq ehtimalları artır.
Əqrəb
Əqrəblər gecikmiş ödənişlər və həllini gözləyən maliyyə məsələləri ilə bağlı sevindirici xəbərlər ala bilərlər. Bank, sığorta və ya hüquqi proseslər səbəbindən əldə edə bilmədikləri pulların geri qaytarılması mümkün ola bilər. Bu vəziyyət onların büdcəsinə müsbət təsir göstərə bilər.
Oğlaq
Oğlaqların keçmişdə göstərdikləri zəhmətin bəhrəsini görmək vaxtı çata bilər. Uzun müddətdir gözlədikləri bonuslar, iş və biznes razılaşmalarından əldə edəcəkləri ödənişlər gündəmə gələ bilər. Nəhayət, çəkdikləri əziyyətin maddi qarşılığını almaq onları sevindirə bilər.