Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığında Ukrayna müharibəsinin başa çatdırılması məsələsini müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan diplomatik səylərin gücləndirilməsinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib. O, Türkiyənin sülh təşəbbüslərinə dəstəyini davam etdirəcəyini və prosesdə həm Ukrayna, həm də Rusiya ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.