İranın ABŞ ilə danışıqlara dair ikigünlük planı hələ də qüvvədədir.
Metbuat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “IRNA” agentliyinə açıqlamasında bildirib.
Nazir planın ağlabatan və balanslı olduğunu vurğulayıb:
“İranın tələbləri yerinə yetirilərsə, bu, qısa müddət ərzində Hörmüz boğazının açılmasına və yekun razılaşmaya nail olmaq üçün danışıqların başlanmasına səbəb ola bilər. Lakin biz hələ planın həyata keçirilməsi mərhələsinə çatmamışıq”.
Əraqçi İranın tələblərinin yeni və ya qeyri-adi olmadığını qeyd edib. O, vasitəçi ölkələr olan Qətər və Pakistanın səylərini davam etdirdiyini, tərəflər arasında planın həyata keçirilməsi ilə bağlı mütəmadi fikir mübadiləsi aparıldığını bildirib.