Misir kraliçası Kleopatranın gözəllik sirrinin süd vannaları ilə yanaşı, fermentləşdirilmiş qidalar, xüsusilə turşu ilə bağlı olduğu iddia edilir.

Metbuat.az xəbər verir ki, Anadolu Universitetinin professoru Fatma Hümeyra Aydemir turşunun prebiyotik, probiyotik və postbiotik xüsusiyyətlərindən danışıb.

Onun sözlərinə görə, ənənəvi üsulla hazırlanan turşu bağırsaq mikroflorasını dəstəkləyir, həzm sisteminin fəaliyyətinə və immunitetə müsbət təsir göstərə bilər.

Professor Kleopatranın da qidalanmasında fermentləşdirilmiş məhsulların mühüm yer tutduğunu bildirib. Bununla belə, kraliçanın gözəlliyini məhz turşu istehlakına borclu olduğunu təsdiqləyən tarixi sübut yoxdur.