"Qanlı Yanvar" Qəbələdə (VİDEO)

"Qanlı Yanvar" Qəbələdə (VİDEO)
17:36 20 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

Qəbələdə 20 Yanvar faciəsinin qurbanları anılıb. ANS TV-nin məlumatına görə, Qəbələ Şəhidlər Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasiminə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyəti qatılıb. Şəhidlərin məzarları önünə əklillər, gül dəstələri qoyularaq, onların xatirəsi yad olunub. Daha sonra isə, rayon Mədəniyyət Mərkəzində Qanlı Yanvar hadisələrinə həsr olunan sərgiyə baxış keçirilib. Faciəni əks etdirən xüsusi kompozisiya qonaqlara təqdim olunub.

Qəbələdə 20 Yanvar faciəsinin anım mərasimləri çərçivəsində bu il ilk dəfə olaraq rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi də nümayiş olunub.

Filmi böyük həyəcan və maraqla izləyən rayon sakinləri filmin təkrar baxışının vacib olduğunu söylədilər.

Qəbələ sakini Fərman Əzizli rejissor Vahid Mustafa Yevin ”Qanlı Yanvar” filminin çox təsirli olduğunu və bu filmin tez-tez yayımlanmasının vacibliyini bildirib.

Qeyd edək ki, “Qanlı Yanvar” filmi bu gün şimal-qərb bölgəsinin daha iki rayonunda Şəki və Zaqatalada da nümayiş olunur.


Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=320776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR