Qaz problemi olacaq

Qaz problemi olacaq
10:26 21 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 18:00-dək Lənkəran və Ucar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilənin yeni çəkilmiş qaz xəttinin mövcud kəmərə birləşdirilməsi ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) ANS PRESS-ə verilən məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=320910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR