“Expressbank” yanvarın sonunadək komissiyasız mikro kreditlər təklif edir

13:02 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:54 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” müştərilərə mikro kreditlər üzrə aksiya təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya yanvarın 31-dək davam edəcək.

 

Aksiyanın şərtlərinə görə, “Expressbank”ın filiallarından mikro kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunur. Kreditin məbləği 500 manatdan 15 000 manatadək, maksimal müddəti isə 36 aydır.

 

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 140-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR