Serjin şənliyinə duz səpildi (VİDEO)

Serjin şənliyinə duz səpildi (VİDEO)
01:41 26 Dekabr 2014
155 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan iqamətgahında Yeni illə bağlı uşaqları qəbul edib.

ANS PRESS-in məlumatına görə, Serjin Yeni il şənliyinə darvaza qarşısında keçirilən əsgər analarının aksiyası duz səpib.

Belə ki, darvaza qarşısında uşaqlarını gözləyən valideynlərlə aksiya iştrakçıları arasında mübahisə baş verib. Valideynlərdən biri bunun şənlikdən çıxan uşaqlara qorxudacağını bəhanə edərək, əsgər anasına ölən övladının şəkilini gizlətməsini tələb edib.

Əsgər anası isə belə cavab verib: “O uşaqlar Serj canavarından qorxmurlarsa heç nədən qorxmazlar. Uşaqları isə pozğunluq və qəmdən qorumaq mümkün deyil. Belə ki, onlar Ermənistanda yaşayır. Ac və üşüyürlər, yeni il konfeti ümüdi ilə bura gəliblər. Başa düşə bilmirəm ki, siz niyə uşağınızı prezidentlə yolka şənliyinə gətirmisiz”.

Qeyd edək ki, anaların əllərində tutduqları fotolardakı əsgərlər Ermənistan ordusunda ağır şəraitdə ölən əsgərlərdir. Aksiya iştrakçıları övladlarının ölümünün araşdırılmasını tələb edirlər.

Təmas xəttində Azərbaycan tərəfinin hər növ təxribata sərt cavab verməsindən sonra Ermənistanda valideynlər övladlarını Qarabağa göndərməkdən boyun qaçırırlar. Ermənilər artıq özlərinə aid olmayan müharibədə övladlarını itirmək istəmirlər. Bununla bağlı demək olar ki, hər gün aksiyalar keçirilir.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR