Xalq artisti Gülyaz Məmmədova "Gündəlik" verilişində qonaq olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni sürücülük xatirələrindən bəhs edib:
"Çox səliqəli sürücüyəm. Hamı mənim maşın idarə etməyimdən danışır. Bir dəfə rəhmətlik Mirzə Babayevlə yol gedirdik. Çəkilişə tələsirdi, bizi məcbur etdi, yolu əks istiqamətlə getdik. "Kinoklub" verilişinin çəkilişinə gedəndə deyirdi, "Məni ancaq bacılar aparsın". Bir dəfə də Xınalığa gedirdim, yol çox pis idi. Hündürlüyə qalxanda elə qorxmuşdum ki, üç gün gecə yata bilmədim".