Ölkənin ən böyük turizm şirkətlərindən biri Azərbaycan Konqreslər Bürosuna qoşulub

01:28 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını – “Improtex Travel & Tours and Conferences” turizm şirkətini öz üzvlüyünə qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, xarici turistlərin qəbulu üzrə ölkənin ən böyük turizm şirkətlərindən biri olan “Improtex Travel” 1991-ci ildən fəaliyyət göstərir və Azərbaycanın ilk özəl turizm təşkilatıdır.
“Improtex Travel & Tours and Conferences” şirkətinin əsas fəaliyyət istiqamətlərinə Azərbaycan vətəndaşlarının xarici ölkələrə turistik və iş səyahətlərinin təşkili, bütün beynəlxalq reyslər üzrə aviabiletlərin bron edilməsi və satışı, Azərbaycanda yaradılmış turist qruplarının və beynəlxalq mərasimlərin iştirakçılarının qarşılanması və onlara xidmət göstərilməsi, şəhərimizin sakinləri və qonaqları üçün ekskursiya xidmətlərinin təşkili və s. daxildir. Şirkətin ölkəmizin bir çox rayonlarında filialları var və bölgələr üzrə agent şəbəkəsinə malikdir.
Qeyd edək ki, hazırda Azərbaycan Konqreslər Bürosunun 22 üzvü var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR