AMEA-da doktorantların təhsili üzrə qəbul və dissertasiya mövzuları müzakirə edilib

AMEA-da doktorantların təhsili üzrə qəbul və dissertasiya mövzuları müzakirə edilib
19:33 22 Yanvar 2015
253 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AMEA-dan AzərTAc-a bildiriblər ki, tədbir Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) və Kimya Elmləri Bölməsində (KEB) fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani və qiyabi təhsil üzrə qəbulu, onların dissertasiya mövzularının təsdiqi məsələsinə həsr olunub.
İclasda FRTEB-in elmi müəssisə və təşkilatlarından 19, KEB-in elmi müəssisə və təşkilatlarından isə 16 doktorantın dissertasiya mövzusu müzakirə edilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, doktorantların dissertasiya mövzularının aktuallığı respublikanın perspektiv inkişafının real tələblərinə və məqsədlərinə uyğun müəyyənləşdirilməlidir.
Sonra doktorantların dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR