Dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir

Dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir
22:13 22 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Demokratiya Naminə Avropa Fondunun nümayəndələri ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Mübariz Qurbanlı bu cür görüşlərin keçirilməsinin fikir və təcrübə mübadiləsi baxımından vacib olduğunu söyləyib. Dünyəviliyin və tolerantlığın Azərbaycan xalqının təfəkkür tərzi olduğunu söyləyən sədr Azərbaycanda bütün konfessiyaların dinc şəraitdə fəaliyyət göstərdiyini söyləyib və əlavə edib ki, bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz. M.Qurbanlı deyib: “Bizim multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər. Ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir”.
Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyevilik_ve_tolerantliq_Azerbaycan_xalqinin_tefekkur_terzidir-826869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR