Tovuz, 6 iyul, AZƏRTAC
Tovuzlu fermerlər cari ildə 1624 hektar sahədə bol tərəvəz yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər artıq tərəvəz yetişdirilən sahələrin 350 hektarının məhsulunu yığıblar. Sahələrdən 6 min 392 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 182,6 sentner olub.
Rayonda tərəvəz yığımı davam edir.