O Azərbaycanın estrada musiqisində ifa tərzindən tutmuş zahiri görünüşünə qədər digər müğənnilərdən seçilirdi

Mirzə Əbdul Cabbar oğlu Babayev 16 iyul 1913-cü ildə Rus İmperiyası tərkibində, Bakinskaya Quberniyanın mərkəzi olan Bakıda anadan olub. Ömrünün böyük hissəsi və yaradıcıllıq illəri Sovet dövrünə təsadüf edib.

Onun müharibədən əvvəlki illəri İçəri Şəhərdə M.Ə.Sabir küçəsində keçib.

Mənə mütləq bir "baboçka" gətir (FOTO, VİDEO)
İçəri Şəhər, M.Ə.Sabir adına küçə

Uşaqlığında Mirzə oxumaq üçün məsciddəki mollaxanaya təyin edilmişdir. Atası hər vasitə ilə onun musiqi istedadına müqavimət göstərirdi. Lakin daha sonra sevdiyi işlə məşğul olmaq üçün oğluna imkan verdi. Mirzə Babayev həyatda bu sənəti yox özü üçün başqa yolu seçsəydi, onda nələri itirdiyimizi təsəvvür etmək bizim üçün çətin olardı.

Mirzə Babayevin səhnəyə ilk çıxışları 1939 -cu il, Neft İnstitutunda tələbə olduğu vaxtlarına təsadüf edir. Müharibədən qayıtdıqdan sonra Mirzə Azərbaycan SSR-i DİN-in yanğısöndürən mühafizəsinin nəzdində Tofiq Quliyevin yaraddığı caz orkestorunda oxumağa başlayır. Lakin o yeni çətinliklərlə qarşılaşır. Oxuduğu orkestrın ömrü çox çəkmir. Andrey Jdanovun məruzəsindən sonra SSRİ-də bütün caz kollektivləri dağıdıldı. Yalnız Leonid Utesovun caz bendı toxunmaz qaldı. Sonralar 1956-ci ildə Azərbaycanda Dövlət Caz orkestri yaradılır və M.Babayev onun solisti olur.

Mənə mütləq bir "baboçka" gətir (FOTO, VİDEO)
Mirzə Babayev haqlı olaraq Azərbaycan estradasının banisi sayıla bilər

Mirzə Babayevin Azərbaycan estradasının banisi hesab edilməsini onun 30-cü illərin axırına təsadüf edən çıxışları sübut edir. O vaxt Azərbaycanın bu janrda ifaçıları yox idi. Bu zaman, 1950-1970 -ci illərdə Azərbaycanın görkəmli musiqi xadimlər pleyadası öz əsərləri ilə mədəni renesans yaradır. Bül-Büldən, Üzeyir Hacıbəyovdan qalan musiqi irsini Niyazi, Tofiq Quliyev, Qara Qarayev, Rauf Hacıyev kimi dahilər həmahəng şəkildə davam etdirmişdilər. Mirzə Babayevin yaradıcılıq irsinin qorunub, saxlanması ona görə vacibdir ki, onun son dərəcə gözəl yaradıcılığı Azərbaycan musiqisinin "qızıl dövrü" ilə müstəqil Azərbaycan estradası arasındakı bağlayıcı zəncir rolunu oynayır. Qeyd edilməlidir ki, illər boyu müğənni öz ifasını təkmilləşdirirdi. Onun 1999 və 2002-ci illərdə buraxdığı üç albomu da bunun bariz sübutudu. Daha bir önəmli hadisə isə Mirzənin 85 yaşında H.Əliyev adına verdiyi Sarayda anşılaqın yaşanması oldu.


İllər boyu müğənni öz ifasını təkmilləşdirirdi

Mirzə Babayevin aktyor yaradıcılığı ayrı bir mövzudur. Çətinki, kimsə həm aktyor, həm də müğənni kimi filmlərin səsləndirilməsində iştirakına görə özünü öyünə bilər. O ekranda yaratdığı obrazlara özünəməxsus şəkildə şarm qatırdı və rolları öz milli mənsubiyyəti ilə fərqlənirdi.

Mənə mütləq bir "baboçka" gətir (FOTO, VİDEO)
"Ulduzlar sönmür" (film, 1971)

Mənə mütləq bir "baboçka" gətir (FOTO, VİDEO)
"Dərviş Parisi partladır"( film,1976)

Mənə mütləq bir "baboçka" gətir (FOTO, VİDEO)
"Celsominin sehirli səsi" - "Волшебный голос Джельсомино" (film,1977)

Mənə mütləq bir "baboçka" gətir (FOTO, VİDEO)
"Qorxma mən səninləyəm"- (film,1981)

Bu gözəl şəxsin ad günündə yalnız onun doğmalarına məlum olan və sadə həyatındaki göstərdiyi insani keyfiyyətlərini bir də xatırlamaq istədik. Mirzə dayının qızı Anelya-xanım atasını bu cür xatırlayır (tam versiya ANS Şirkətlər qrupu məhsulu olan "El" jurnalın 2003-ci ilin oktyabr nömrəsində):

- "Atam sağlam adam idi. Doxsan yaşına az qalsa da ömründə heç vaxt ciddi xəstələnməmişdi. O ləzzətli xörəkləri yeməyi xoşlayardı. Özü də çox gözəl yeməklər bişirərdi. Bizə əla quymaq, bozbaş, cız-bız, cürbəcür qaralı aş bişirərdi. Atamın həyat yoldaşı və valideyn kimi tayı- bərabərı olmazdı. Anam Güllü xanım çox müstəqil qadın idi. Atamla tanış olanda velosiped sürər, sürətlə gedən tramvaya minərdi. Sonralar atam zarafata salıb danışardı ki; “vaxt var idi, tramvay dalınca qaçan ananın arxasına düşüb ona çata bilmirdim”. O heç vaxt anamın qarşısında qadağalar qoymaz, belə geyinmə, elə oturub-durma deməzdi. Əksinə evdə hər işdə anama kömək edər, bazara, dükana özü gedərdi. Mənə və qardaşıma qarşı da çox mehriban idi. Uşaqları ümümiyyətlə çox sevər, küçədə körpə görəndə ürəyi gedərdi. Uşaqlar da atamın xətrini çox istəyirdilər.

Mənə mütləq bir "baboçka" gətir (FOTO, VİDEO)
Şəkildə soldan sağa: Güllü xanım, Anelya və Mirzə Babayev


Anamla atamın münasibətlərinə çoxları həsəd aparardı. Atam yumşaq xasiyyət və zarafatçıl adam idi. Anama başına gələn cürbəcür əhvalatları bəzəyib danışar onu güldürərdi.

Onu Azərbaycan estrada musiqisində zahiri görünüşünə görə, fərqləndirən cəhətlərdən biri də onun boğazına vurduğu "kəpənək" idi. Bu tərz çoxların yadındadır. Oğlum Amerikaya gedərkən soruşardı:
- Baba sənə nə gətirim?
Atam da cavab verərdi:
-Mənə mütlək bir "baboçka" gətir.

Atam yeni mahnıları çox tez öyrənirdi. Hər hansı mahnının mətnini bircə dəfə gözucu baxması kifayət edərdi ki, onu birnəfəsə oxusun. Hamı bilir ki, Mirzə Babayev həmişə canlı oxuyan müqənni olub. Fonoqramdan qaçırdı.

Atam gəzməyi çox xoşlayardı. Səhər yeməyini yeyən kimi geyinib şəhərə çıxardı. Soruşardım:
- Hara gedirsən ?
Deyərdi:
- Gedim bir az gəzişim, görüm kimə rast gəlirəm".

1972-ci ilin yayı ailəmizlə Kislovodska getdiyimizi xatırlayıram. Həmin vaxt Mirzə Babayev da orada istirahət edirdi. O hər gün iki dəfə gəzintiyə çıxardı. Bir səhər saatlarında və birdə ki, axşam. Hər kəs tərəfindən tanınan Mirzə Babayev gəzinti zamanı insanların çoxsaylı salamlarına cavab verərək bundan olduqca böyük zövq alırdı. Mən xala oğullarımla birgə həmin vaxt onu salamlamaq üçün şəhərə çıxardıq. Hərdən cavanlığımızın dəcəlliyindən küçəni qaça-qaça fırlanıb, onu yenidən salamlayardıq. Bu da onu şənləndirirdi. Təbəssümünü gizlətməyərək bizə birdə salam verərdi. Onun o təbəssümü indi də yadımdadır. Mirzə Babayevin mahnılarına qulaq asanda onun o təbəssümü indi də gözlərimin qarşısında canlanır…