
Ukraynanın Hrabove kəndində anım mərasimi keçirilib.
Mərasimlər, qurbanların çoxunun vətəni Niderlandda da keçirilir.Avstraliya qəzada həlak olan 38 vətəndaşının xatirəsinə mərasim keçirib.Malayziya Hava Yolları şirkətinə məxsus təyyarəni rusiyapərəst Ukrayna üsyançılarının vurduğuna inanılır. Təyyarə Amsterdamdan Kuala Lumpura uçarkən vurulmuşdu.
Rusiya iddiaları rədd edir və Donetsk regionunda baş vermiş bu faciədə Ukrayna qüvvələrini günahlandırır.

Niderlandda da anım mərasimləri keçirilib.
Ukraynanın hadisə yerinə ən yaxın kəndi olan Hrabovedə 200-ə yaxın sakin memorial xidmət üçün kilsəyə gəlib və daha sonra qurbanların xatirəsinə ucaldılmış yeni abidəyə baş çəkiblər.Əsasən qadın və uşaqlardan ibarət mərasim iştirakçıları əllərində güllər və ikonalar gəzdirib və Pravoslav dini mahnıları oxuyublar.Qəzada 193 vətəndaşını itirmiş Niderlandda bayraqlar yarıya qədər endirilib və Amsterdamın Şiphol aerportunda MH17 təyyarəsinin havaya qalxdığı ərazidə çiçəklər qoyulub.

Təyyarə Donetsk regionunda qəzaya uğrayıb.
Təyyarədə 300-ə yaxın sərnişini raketlə kim vurub?
İyul ayının 17-sində baş verən hadisə zamanı əksəriyyəti Hollandiya vətəndaşı olmaqla 298 nəfər ölmüşdü. İndiyə qədər cəmi 200 nəfərin meyitləri tapılaraq ölkəsinə göndərilib.
Təyyarənin qara qutuları deşifrə edilən zaman məlum olub ki, pilotlar kabinəsində qəzadan bir neçə saniyə əvvəl hər şey qaydasında olub. Səs registratorunda qeydə alınan səsin pilota aid olmadığı təsdiqlənsə də, həmin vaxt ekipaj üzvlərinin qəribə heç bir şeylə rastlaşmadıqlarının aydın hiss edildiyi bildirilir.
Boinq 777-nin qalıqları hələ də axtarılır
Malayziya təyyarəsinin qurbanları artıb