[ 18 İyul 2015 22:34 ]


Şirvan. Əlibəy Zeynallı – APA. Bu gün günorta saatlarında Şirvan şəhər sakini özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.