İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik etdi

İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik etdi
18:54 24 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqroyva məktub ünvanlayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Avstraliya münasibətləri yeni inkişaf mərhələsinə daxil olub. Ölkələrimiz arasında intensivləşən siyasi əlaqələr iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar açıb. Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR