2022-ci ildə Qış Olimpiya oyunları Çinin paytaxtı Pekində keçiriləcək.

ANS PRESS - in məlumatına görə, bu qərar Malaziyanın paytaxtı Kuala-Lumpur şəhərində gizli səsvermə nəticəsində qəbul edilib. Səsvermədə Beynəlxalq Olimpiya Komitəsinin 100 üzvündən 85 iştirak edib.

Qış Olimpiyadası bu şəhərdə keçiriləcək
Qış limpiya oyunların loqosu


Pekin səsvermədə Qazağıstanın keçmiş paytaxtı Alma-Ata şəhərinə qalib gəlib. Oyunlar paytaxt və Çjanszyakou şəhərinin arasında bölünəcək.

Qış Olimpiyadası bu şəhərdə keçiriləcək
Səsvermənin keçirildiyi stadion


Dağlarda təbii qar çatışmazlığı və ölkədəki insan hüquqları ilə bağlı problemlərə baxmayaraq, Pekin açıq favorit hesab edilirdi.

Pekin 2008-ci Yay Olimpiya Oyunlarını qəbul edib. Beləliklə Çin paytaxtı dünyada həm qış həm də yay Olimpiya Oyunlarını qəbul etmiş yeganə şəhər olacaq.

Alma-ata 1994-cü və 2014-cü Olimpiya Oyunlarının keçirilməsi üçün müraciət etsə də onun namizədliyi qəbul edilməyib.

Çin Xalq Respublikasının sədri Si Cinpinin sözlərinə görə, 2022-ci il Oyunlarının Pekində keçirilməsini ölkənin bütün əhalisi dəstəkləyir. Bu barədə o Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə videomüraciətdə deyib.