Milli.Az ölkə.az-at istinadən bildirir ki, əslən azərbaycanlı olduğu deyilən İŞİD terror təşkilatımım üzvü Həmzə Azərinin (Hamzat Lamro) fotoları yayılıb.
Bəzi mənbələrdə naxçıvanlı olduğu iddia olunan 18 yaşlı terrorçu Həmzə Azəri 2014-cü ildə "Instagram" sosial şəbəkəsində məşhurluq qazanıb. Gəncin İraq və Suriyadakı terror fəaliyyətləri zamanı çəkdiyi fotolar "Instagram" istifadəçiləri tərəfindən böyük marağa səbəb olub. Fotoların birində H.Lamro İŞİD tərəfindən ona verilən üzvlük vəsiqəsini də nümayiş etdirib.
Qeyd edək ki, Həmzə Azəri iyulun 24-də Bəycidə İraq ordusu tərəfindən qətlə yetirilib. Onun atası Əbu Hafiz Azəri də məşhur terrorçu olub və İŞİD-in məşhur əmirləri olan Əbu Ömər Şişani və Əbu Cihadı Qafqazdan Suriyaya "verbovka" etmişdi.
Milli.Az