İŞİD-in Azərbaycandan olan 18 yaşlı üzvü Həmzə Azərinin fotoları yayılıb.
Milli.Az publika.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan fotolarda azərbaycanlı terrorçunun İraq və Suriyadakı döyüşlərdə iştirakı əks olunur.
Bu ilin iyul ayının 24-də onun Bəyci bölgəsində İraq ordusu tərəfindən öldürüldüyü deyilir. Həmzə Azərinin atası Əbu Hafiz Azərinin də məşhur terrorçu olduğu, onun İŞİD-in məşhur əmirlərindən olan Ömər Şişani və Əbu Cihadı Suriyaya apardığı deyilir.
Milli.Az