Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

20:32 26 Dekabr 2014
55 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 20:25 ]

Bakı – APA. Dekabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər aidiyyatı qaydalarının pozulması ilə daxil olduğundan, Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra baxılması üçün müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.

 

İclasda cari məsələlərə də baxılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR