Əl yükü və ayaqqabılarında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Əl yükü və ayaqqabılarında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
10:53 8 Avqust 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 avqust, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Ərəstun Zülfüqarova məxsus əl yüklərinə baxış zamanı 1 ədəd plastik qabda, 250 milliqram həcmində metadon məhlulu aşkar olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, daha sonra vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun ayaqqabılarının hər birinin içərisindən cəmi 20 ədəd bükümdə ümumi xalis çəkisi 151,408 qram olan narkotik vasitə - tiryək, 4 ədəd bükümdə ümumi xalis çəkisi 3,504 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə isə 19 ədəd metadon adlı həb aşkar edilib.
Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar olunan 250 milliqram məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,253 qram, 19 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,38 qram təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Al_yuku_ve_ayaqqabilarinda_narkotik_vasite_kechirmek_isteyen_sexs_saxlanilib-876212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR